AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin elmi işçisi Əliyev Rövşən Türkiyənin Ankara şəhərində təşkil edilən 10-cu “Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi” adlı konfransda “Azərbaycanda turizm və rekreasiya zonalarının inkişafında kənd turizmi” (Rural Tourism in Development of Tourism and Recreational Zones in Azerbaijan) adlı məqalə ilə onlayn formada çıxış edib.
Rövşən Əliyev çıxışında kənd turizmi, onun rekreasiya zonalarının inkişafında rolu, Azərbaycanda kənd turizmi sahəsində həyata keçirilən işlər barəsində məlumat verib. Məruzə dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonda konfransın təşkilat komitəsini üzvü professor Dr. Osman Kubilay Gül çıxış edən iştirakçılara sertifikat təqdim edib.