AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransında məruzə ilə çıxış edib.
«COP29-un ətraf mühitə təsirlərin azaldılması strategiyası və Xəzər dənizinin geoekoloji problemləri» adlı elmi sessiyasına həmsədrlik edən alim “İqlim dəyişikliyinin Xəzər dənizinin yağıntı rejiminə təsirinin əsas xüsusiyyətləri” mövsusunda rus dilində məruzə edib.