Torpaqşünas alimin məqaləsi yüksək indeksli jurnalda dərc edilib Dek 24, 2024 | 03:12 / MÜHÜM HADİSƏLƏR

AR ETN akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyevin həmmüəllif olduğu məqalə Ukraynanın Oles Honçar Dnepr Milli Universitetinin „Journal of Geology, Geography and Geoecology‟  jurnalında dərc edilib.

“Arid şəraitdə deflyasiya prosesinin torpaq örtüyünə təsirinin qiymətləndirilməsi (Azərbaycan Respublikasının Xəzər dənizi sahili regionunun timsalında)” adlı məqalə Xəzərsahili arid düzənliyi torpaqlarının deflyasiya nəticəsində deqredasiyaya məruz qalması probleminə həsr olunub.

Tədqiqatçılar ərazinin Siyəzən-Sumqayıt massivində xarakterik müşahidə meydançaları seçmiş və bitki ilə örtülmə dərəcəsini,  fitokütləni təyin edibər. Çoxillik deflyasiya prosesinin torpaq örtüyünə təsirini öyrənmək üçün torpaq nümunələri götürülmüş,  ümumi fiziki, kimyəvi analizlər aparılmışdır. Məlum olmuşdur ki, ərazinin bitki ilə örtülmə dərəcəsindən asılı olaraq deflyasiya prosesinin torpaq örtüyünə təsiri dəyişir. Deflyasiya torpağın fiziki xassələrinə təsir etməklə yanaşı, həm də ərazidə şorlaşma və şorakətləşmə prosesini də sürətləndirir.