AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri c.ü.f.d., dosent Mirnuh İsmayılov “Bir ovuc dünya” adlı sənədli filmin çəkilişlərində yaxından iştirak edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi sənədli film Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edir.