HİK sədri ermənilərin Cənubi Qafqazda separatist fəaliyyətini tənqid edib Yan 13, 2025 | 05:01 / MÜHÜM HADİSƏLƏR

ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı AMEA Qafqazşünaslıq İnstitutunda nəşr olunmuş kitabların təqdimatında iştirak edib.

Çapdan yenicə çıxmış “Gürcüstan-Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” kitabı haqqında fikirlərini bölüşən K.Ramazanlı qeyd  edib ki, Qafqazşünaslıq İnstitutunun yaradılması dövlət və milli maraqlarımıza uyğun qərar idi. İstər Cənubi Qafqazda, istərsə də Rusiya Federasiyasında erməni icması separatçılıqla məşğul olmuşdur. Gürcüstanda ermənilər separatçı çıxışlar edir, eyni zamanda Gürcüstan-Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş fəaliyyət göstərirlər.