Coğrafiya İnstitutu Qazaxıstanın "Jana Qasır" gimnaziyası ilə memorandum imzalayıb Noy 10, 2024 | 02:11 / MÜHÜM HADİSƏLƏR

           AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Qazaxıstanın “Jana Qasır” 175 saylı gimnaziyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 

           Tədbir Coğrafiya İnstitutunun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmraninin Qazaxıstanın Almatı şəhərində keçirilən “X Beynəlxalq Türk dünyası Araşdırmaları Simpozimu”nda iştirakı zamanı Gimnaziyanın kollektivi ilə görüşərkən memorandum imzalanması və onlayn tədbirlərin həyata keçirilməsi barədə razılaşmaya əsasən baş tutub.

          Memorandumu imzalamaqda əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə mübadilə və əməkdaşlıq proqramının yaradılmasıdır.

          İmzalanmış sənədə əsasən tərəflər Gimnaziya şagirdlərində eımi-tədqiqat işlərinə marağı artırmağa, eləcə də imkan daxilində tələbə, müəllim və əməkdaşların mübadiləsini həyata keçirməyə çalışacaqlar.