Cİ-nin Elmi Şurasının növbəti iclası keçirilib Fev 13, 2025 | 12:02 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

Tədbirdə Coğrafiya İnstitutu əməkdaşlarının akkreditasiyası məsələsi, Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar məsələ, aparıcı elmi işçi dosent Səidə Zeynalovanın İnstitutun elmi katibi vəzifəsinə təsdiqi, “Füzuli rayonunun coğrafiyası” kitabının hazırlıq vəziyyəti və digər məsələlər müzakirə edilib.