Cuma Məmmədovun elmi işi şöbələrin birləşmiş birgə iclasında müzakirə edilib Fev 25, 2025 | 02:02 / ELMİ İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Qurunun hidrologiyası və su ehtiyatları,  İqlim və aqroiqlimşünaslıq, Azərbaycanın siyasi və iqtisadi coğrafiyası,  Xəzər dənizinin monitorinqi və  Geomorfologiya və təbii risklər şöbələrinin birləşmiş birgə iclasında "Qurunun hidrologiyası və su ehtiyatları" şöbəsinin aparıcı elmi işçisi Cuma Həzrət oğlu Məmmədovun  5406.01 - Hidrologiya ixtisasında coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Böyük Qafqazın Azərbaycan hissəsində sellərin formalaşmasının hidrodinamiki qanunauyğunluqları"  mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.

C.Məmmədovun  elmi işi müzakirə üçün növbəti mərhələyə keçid alıb.