BDU-da coğrafiyaçı alimlə görüş keçirilib Mart 17, 2025 | 10:03 / MÜHÜM HADİSƏLƏR

Bakı Dövlət Universitetində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri prof. Rza Mahmudovla Coğrafiya fakültəsinin müəllim-tələbə heyəti ilə  görüşü keçirilib.

Görüş fakültənin dekanı, c.e.d., prof. Məqsəd Qocamanovun təşəbbüsü ilə baş tutub. Professor  R. Mahmudov tədbirdə «Azərbaycanda regional iqlim dəyişmələri və onun çay su ehtiyatlarına təsiri» mövzusunda geniş məruzə ilə çıxış edib. Alim məruzəsində uzun müddət bu sahədə apardığı tədqiqatlardan, Azərbaycanda regional iqlim dəyişmələrinin mövcud durumundan, onun ölkənin su ehtiyatlarına təsirindən, Xəzər dənizinin səviyyə tərəddüdündən və Azərbaycanda keçirilən COP-29-un əhəmiyyətindən söhbət açıb. Məruzəni böyük maraqla dinləyən iştirakçılar professora verdikləri çoxsaylı suallara qənaətbəxş cavablar alıblar.

Sonda iştirakçıların xahişi ilə xatirə şəkli çəkdirilib.