Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyi münasibəti ilə AR Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənclər elmi-praktiki çöl tədqiqatında iştirak ediblər.
Səfərin məqsədi Qobustan Milli Tarix-Bədii Qruğu və Palçıq Vulkanları Turizm Kompleksinin ərazilərində elmi-praktiki çöl tədqiqatının aparılmasıdır.
Tədbirdə iştirak edən İnstitutun elmi katibi c.ü.f.d dosent Səidə Zeynalova ərazinin geomorfoloji xüsusiyyətləri və landşaftı, aparıcı elmi işçi c.ü.f.d. dosent Elina Kərimova palçıq vulkanlarının yayılma areallarını, onların region üçün turizm əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib.