AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev Bakı Avrasiya Universitetində 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
N.Babayev tədbirdə "Memarlıq abidələrimizə erməni təcavüzü" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələri haqqında iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırılıb.