Dissertasiya şurasının iclası Sen 26, 2014 | 05:09 / ELMİ İCLASLAR

Dissertasiya şurasının keçən iclasında Musayeva Mətanət Ağayar qızının  5406.01 -  “Hidrologiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İqlim dəyişmələrinin Böyük Qafqazın şimal-şərq yamacında qar-buz örtüyünə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin  müdafiəsi keçirilmişdir.

M.Musayevaya  coğrafiya üzrə fəlsəfə doktoru  elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə  gizli səsvermə yolu ilə qərar qəbul edilmişdir.