Doktorant və dissertantların ixtisas doktorluq imtahanları uğurla başa çatıb İyn 24, 2025 | 12:06 / MÜHÜM HADİSƏLƏR

AR Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas və fərq doktorluq imtahanları keçirilib.

Ümumilikdə 8 doktorant və dissertantların iştirak etdiyi imtahanların keçirilməsi üçün 4 istiqamətdə 5 nəfərdən ibarət komissiya yaradılıb. Bunlar - sədr, İnstitutun baş direktoru v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani olmaqla:  1. İqtisadi coğrafiya; 2. Tarixi, siyasi, rekreasiya coğrafiyası; 3.Regional coğrafiya; və 4. Sədr şöbə müdiri, coğrafiya elmləri doktoru Yelena Tağıyeva olmaqla Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası  və geokimyasıdır.

Şəffaflıq şəraitində təşkil edilən imtahanlar uğurla başa çatıb.