Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.17 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasında Rəna Yusif qızı Əhmədova 2508.01 - Geoekologiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Xəzər dənizinin Azərbaycan akvatoriyasında neft ləkələrinin zaman və məkan paylanması” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə R.Əhmədovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.