“Səyahət bağları” kitabının II hissəsinin III cildi çapdan çıxıb İyl 14, 2025 | 02:07 / YENİ NƏŞRLƏR

 

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri olan XIX əsrin məşhur səyyahı və coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabının 2-ci hissəsinin 3-cü cildi çapdan çıxıb. H.Z. Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydləri əsasında yazdığı “Səyahət bağları” əsərinin ikinci hissəsinə aid olan üçüncü kitabda Yəmən, Afrikanın Aralıq dənizi sahilləri, Hindistan və Pakistana aid məlumatlar öz əksini tapıb.

Kitabda həmin ərazilərin tarixi, coğrafiyası, əhalisi, adət-ənənələri, tarixi-mədəni abidələri, tarixi şəxsiyyətləri və onlarla apardığı söhbətlər haqqında zəngin məlumatlar verilir. Burada səyyahın şəxsən gəzib görmədiyi ərazilər haqqında fikirləri də toplanıb.

Kitabda müəllifin özünün müşahidə etdiyi XIX əsrin əvvəlinə aid olan məlumatlar coğrafiyaşünaslar, tarixçilər, bu dövrdə baş verən hadisə və proseslərlə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı ola bilər.