Coğrafiya İnstitutunun gənc alimləri Almaniyada təcrübə mübadiləsi proqramında iştirak edib İyl 17, 2025 | 03:07 / MÜHÜM HADİSƏLƏR

 15 iyun – 15 iyul 2025-ci il tarixlərində akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan) və Justus Liebig adına Gissen Universiteti (Almaniya) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə “İqlimə adaptasiya və coğrafi mübadilə” proqramının “Coğrafi təhsil və tədqiqat innovasiyası: Azərbaycanda iqlim uyğunlaşmasının birgə strategiyaları” beynəlxalq layihəsi çərçivəsində Coğrafiya İnstitutunun əməkdaşları və doktorantları Almaniyada təhsil almaq və tədqiqat işi aparmaq üçün ezam olunmuşlar.

Coğrafiya İnstitutunun əməkdaşları və doktorantları Yustus Libix Universitetində 1 aylıq qısamüddətli təhsil almaqla yanaşı, tədqiqat işi aparmışlar. Nazim Gəraylı və Şəms İmrani “Süni intellekt texnologiyaları ilə turist xidmətlərinin avtomatlaşdırılması: Chatbot modeli”, Gular Hidayatli “Post-münaqişə zonalarında regional inkişafın təmin olunmasında idman turizminin rolu: Azərbaycan nümunəsı”, Güllü Əsgərli “Azərbaycanda dağlıq bölgələrdə dayanıqlı turizm: Göygöl Milli Parkında ətraf mühitə təsirlər və ziyarətçi idarəçiliyi”, Sevinc Buezuyeva “Post-sənaye ərazilərinin şəhər rekreasiya məkanlarına transformasiyası: Bakı şəhəri üzrə neft mənzərəsindən yaşıllıq landşaftına keçid”, Lamiyə Xəlilova “Ağıllı şəhərlər dövründə şəhər turizmi: Bakıda innovasiya və davamlılıq arasında tarazlığın qurulması”, Dilbər Hüseynzadə və Ayşən Hacıyeva “Rəqəmsal platformalar və davamlı daxili turizm: gənc səyyahların post-pandemiyada tercihləri üzrə tədqiqat” mövzuları üzərində işləyib və müdafiə ediblər.