Xəzərin plastik çirklənməsi problemlərinə dair məqalə dərc edilib Sen 08, 2025 | 12:09 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin böyük elmi işçisi c.ü.e.d Elnur Səfərovun həmmüəllif olduğu "River-to-sea plastic pollution: A pilot toolbox for the Caspian Sea" adlı məqalə Chemosphere (ELSEVİER) jurnalında dərc olunub (Q1, İF 8.8,  CiteScore 18.1).

Məqalə Kür çayı vasitəsilə Xəzər dənizinin plastik çirklənməsi problemlərinin tədqiqinə həsr  olunub. Tədqiqatçılar dörd tamamlayıcı komponentdən ibarət modul alətlər qutusunun tətbiqi ilə çayın hidroloji cəhətdən qapalı Xəzər dənizinə daxil olduğu Kür çayının deltasında plastik çirklənmənin ilk kompleks qiymətləndirilməsini təqdim ediblər. Bu çərçivədən istifadə edilərək, zibil toplanmasının qaynar nöqtələri müəyyən edilib və yarı qapalı sistemlərdə plastik çirklənmənin qiymətləndirilməsi üçün təkrarlanan bir yanaşma hazırlanıb.