Cİ-də suverenlik günü və YAP-ın ilk ərazi təşkilatının iclası keçirilib Sen 20, 2025 | 02:09 / TƏDBİRLƏR

Sentyabrın 20-də AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun YAP ilk ərazi təşkilatının iştirakı ilə  Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan himninin səsləndirilməsi ilə başlanan tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Sonra tədbir iştirakçıları suverenliyin əldə olunması uğrunda Azərbaycanın keçdiyi şərəfli yolu tərənnüm edən tarixi kadrlara baxıblar.

Coğrafiya İnstitutunun baş  direktoru v.i.e. c.ü.f.d. dosent Zaur İmrani bildirib ki, 20 sentyabr Azərbaycan tarixinə dövlətçilik iradəsinin, suverenliyin və xalqımızın haqlı mübarizəsinin dönməz nişanəsi kimi yazılıb. Azərbaycan xalqı uzun illər ərzində azadlıq və dövlətçilik ideallarını qoruyub, hər çətinlik qarşısında milli kimliyini və suverenliyini müdafiə etmişdir. 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatı nəticəsində işğal altındakı ərazilərdə suverenliyin tam bərpa olunması xalqımızın qəhrəmanlıq və birliyinin parlaq nəticəsidir. Dövlət Suverenliyi Günü bizə xatırladır ki, müstəqilliyin qorunması həm dövlətin, həm də hər bir vətəndaşın məsuliyyətidir. Vətənimizin gələcəyi məhz birlikdə, milli ruhla hərəkət etdiyimiz zaman sarsılmaz olacaqdır.

İnstitutun YAP ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva “Dövlət suverenliyi: tarixdən gələcəyə” mövzusunda təqdimatla çıxış edib.

Sonra tədbir çərçivəsində Vətənə sədaqət və milli həmrəyliyin rəmzi olaraq Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə üzvlük biletləri təqdim edilib.

Baş direktor v.i.e. Z.İmrani bildirib ki, yeni üzvlərə partiya biletinin təqdim edilməsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğuna inamın təcəssümüdür. Gənclərin milli dəyərlərə, dövlətçilik ənənələrinə bağlılığı, onların həm də azad, güclü və müasir Azərbaycanın inkişafı yolunda məsuliyyətli vətəndaş kimi yetişdiyinin göstəricisidir.