Coğrafiyaçı alimlərin məqaləsi yüksək indeksli jurnalda dərc edilib Sen 26, 2025 | 05:09 / MÜHÜM HADİSƏLƏR

Climate (MDPİ) jurnalında (İF 3,2,   CiteScore 5,7) AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri c.e.d. Səid Səfərov və şöbənin böyük elmi işçisi c.ü.f.d. Elnur Səfərovun həmmüəllifliyi ilə “Near-Surface Temperature Climate Change in the Caspian Region: A Study Using Meteorological Station Data, Reanalyses, and CMIP6 Models” adlı məqalə dərc olunub. 

Rusiya, Azərbaycan və İran alimlərinin birgə tədqiqatlarının nəticəsi olan məqalədə Xəzər regionu üzərində səthə yaxın hava temperaturunun (NSAT) iqlim dəyişkənliyi təhlil edilmişdir. Təhlil NOAA OISSTv2 peyk əsaslı məlumatları, atmosferin yenidən  (reanaliz) təhlili ECMWF ERA5, NASA MERRA-2 və NCEP/NCAR, həmçinin 33 Yer sistemi modelindən (SMİP6  ESMs) əldə edilən nəticələr və meteoroloji stansiya məlumatlarının müqayisəsinə əsaslanır. Məqalədə müqayisələrin nəticələrinə və məlum iqlim senarilərinə əsasən 21-ci əsrin sonunadək olan müddət üçün mümkün temperatur dəyişmələri haqqında proqnozlar irəli sürülür.

 

 https://www.mdpi.com/2225-1154/13/10/201