Cİ-nin YAP üzvləri Anım Günü tədbirlərində iştirak ediblər Sen 30, 2025 | 04:09 / MÜHÜM HADİSƏLƏR

44  günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar sentyabrın 23-də  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun YAP ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva İnstitut əməkdaşları Həlimə Əhmədzadə,Ofeliya  Həsənova və Nigar Bayramova  ilə birlikdə YAP Yasamal rayon təşkilatının təşkil etdiyi “Azərbaycan silahının gücü” mövzusunda tədbirdə iştirak ediblər.

M.Fətullayeva həmçinin sentyabrın 27-də  YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə Zəfər Abidəsini  ziyarət edib.