AMEA AHİ-nin sədri ilə görüş Okt 15, 2014 | 10:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda AMEA Azad Həmkarlar İttifaqının sədri, iqtisadiyyat üzrə elmlər doktoru, professor  İsa Alıyevin  institut  əməkdaşları ilə  görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların elmi və ictimai həyatında həmkarlar ittifaqının  rolundan danışdı və belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev İnstitutun həmkarlar komitəsinin vəzifələri və mövcud problemlərin həlli yolları haqqında geniş məlumat verdi. İşçilərin elmi-tədqiqat işlərinin və mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində əməkdaşların sosial təminatının yüksəlməsi, həyat şəraitinin yaxşılaşdırılması məsələlərindən söhbət açdı.

AMEA AHİ-nin sədri  İsa Alıyev Həmkarlar İttifaqının qarşısında duran vəzifələr haqqında məlumat verdi. O, AMEA işçilərinin əmək  şəraitinin yaxşılaşdırılması, asudə vaxtının təşkili,   sağlamlığının mühafizəsi məqsədilə nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi, əməkdaşların məişət şəraitinin yaxşılaşdırılması üçün bəzi tədbirlərin görüləcəyini bildirdi.

Tədbirdə iştirak edən AMEA AHİ-nin  sədr müavini Səyyar Abdullayev də sədrlə birgə  institut işçilərini maraqlandıran suallara cavab verdi.

AMEA AHİ Rəyasət heyətinin  üzvü, iqtisadiyyat  üzrə fəlsəfə doktoru, dosent  Pərviz Həsənov da görüşdə iştirak edirdi.