Coğrafiyaçı alimlərin məqaləsi nüfuzlu Beynəlxalq jurnalda dərc edilib Okt 22, 2025 | 05:10 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsini müdiri c.e.d. Səid Səfərov və şöbənin böyük elmi işçisi c.ü.f.d. Elnur Səfərovun həmmüəllif olduqları  “Impact of changes in the wind regime on the Caspian Sea level fluctuation and its relationship with SOI and NAO” adlı məqalə Scientific Reports jurnalında dərc olunub. (Springer Nature, İmpact factor 3.9, Site Score 6.9, Q1)

Məqalədə  Xəzər dənizinin külək rejimi MERRA-2 peyk reanaliz məlumatlarına əsasən tədqiq edilmiş, dəniz səviyyəsinin qalxdığı və endiyi dövrlərdə  küləyin sürət və istiqamətində baş verən dəyişikliklərin kəmiyyət xarakteristikaları  irəli sürülən yeni elmi yanaşmalarların tətbiqi ilə aşkara çıxarılıb.  Korrelyasiya, Reqressiya və Lag analizi metodlarından istifadə etməklə külək rejimində və dənizin səviyyəsində baş verən dəyişikliklərin qlobal iqlim indeksləri, xüsusilə də SOİ və NAO ilə əlaqələri   müəyyən edilmişdir ki, bu da Xəzər dənizinin səviyyə dəyişmələrinin proqnoz modellərində istifadə oluna bilər.