AR ETN akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin doktorantı Elvin Arif oğlu Bayramovun fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mil-Muğan iqtisadi rayonunun sosial-demoqrafik inkişaf xüsusiyyətlərinin tədqiqi” mövzusunda yazdığı dissertasiya işi İnsan coğrafiyası istiqaməti üzrə şöbələrin birgə iclasında ilkin olaraq müzakirə edilib.
E.Bayramovun elmi işi uğurla növbəti mərhələyə keçid alıb.