Həmkarlar Təşkilatının sədri illik hesabat verib Dek 16, 2025 | 04:12 / MÜHÜM HADİSƏLƏR

Direktor vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmraninin sədrliyi ilə AR ETN Coğrafiya İnstitutu publik hüquqi şəxsin Həmkarlar Təşkilatının illik hesabatı dinlənilib.

Təşkilatın sədri Kamran Ramazanlı hesabat çıxışında Həmkarlar Təşkilatının keçirdiyi büro iclaslarında qoyulan müxtəlif məsələlərin müzakirəsi, müvafiq qərarların qəbul edilməsi, bir sıra mədəni kütləvi tədbirlərin, anım günlərinin, yubiley tədbirlərinin keçirilməsi, həmçinin, institut əməkdaşlarının ərizə və təklifləri əsasında kollektivin mənafeyini və maraqlarını əks etdirən məsələlərin rəhbərlik qarşısında qaldırılmasını haqqında məlumatı iclas iştirakçılarına çatdırıb.

Kamran Ramazanlı eləcə də cari il ərzində Təşkilatın maliyyə büdcəsindən xərclənən vəsaitin ünvanı və qalan pulların miqdarı barəsində də dəqiqliklə məlumat verib. O həmçinin, sədrə ünvanlanan bütün sualları qənaətbəxş cavablandırıb.