Əməkdaşlaq müqaviləsi imzalandı Noy 03, 2014 | 10:11 / MÜHÜM HADİSƏLƏR

31 oktyabr 2014-cü ildə Moskva şəhərində Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC)  ilə Rusiya Coğrafiya Cəmiyyəti (RCC) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Müqaviləni Azərbaycan tərəfindən ACC-nin prezidenti akademik R.M.Məmmədov, RCC tərəfindən onun prezidenti S.Q.Şoyqu imzalamışlar.

Həmin müqavilə bu iki cəmiyyət arasında birgə tədqiqatlar və ekspedisiya işləri aparmağa, beynəlxalq görüşlər və konfranslar keçirməyə imkan verəcəkdir. Bu işlərin maliyyələşməsi əsasən RCC-nin qəyyumlar şurasının yaradtdığı fond vasitəsi ilə təmin olunacaqdır.