Doktorant və dissertantlar ixtisas imtahanı veriblər Dek 25, 2025 | 03:12 / MÜHÜM HADİSƏLƏR

AR ETN Coğrafiya İnstitutunda 23 və 25 dekabrda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq ixtisas imtahanları keçirilib.

İmtahanlarda torpaqşünaslıq ixtisası üzrə 1 nəfər, ekologiya – 2 nəfər, meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi – 1 nəfər, fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə 1 nəfər iştirak edib. Əlavə olaraq 3 nəfər fərq doktorluq imtahanı verib.

İmtahan komissiyası doktorant və dissertantların biliklərini müvafiq ballarla qiymətləndirib.