AR ETN Coğrafiya İnstitutunun direktor müavini, direktor v.i.e. c.e.d. Zaur İmraninin elmi əsərləri Türkiyə Respublikasının Prezident Kitabxanasına ianə edilmişdir. Bunlara: “Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri, “Risklərin və fəlakətlərin qiymətləndirilməsi üçün obyekt əsaslı təhlil: Azərbaycanın Geo-Ekoloji Kontekstləri”, Qarabağın turizm-rekreasiya potensialı” və həmmüəllifi olduğu 3 cildlik “Türk dünyasının coğrafiyası” aiddir.
Türkiyə Respublikasının Prezident kitabxanası öz kitab nümunələri və göstərdiyi xidmətlər baxımından dünyanın aparıcı kitabxanalarından biridir. Prezident kitabxanası həm Türkiyədə, həm də xaricdə elm, ədəbiyyat və incəsənət sahəsində nüfuzlu alimlərin elmi əsərlərini öz şəxsi kolleksiyalarına əlavə edir. Kitabxanadakı informasiya resursları müasir kitabxanaçılıq prinsiplərinə uyğun olaraq və beynəlxalq standartlar çərçivəsində fəaliyyət göstərir.