Elmi Seminarla Elmi Şuranın birgə iclası Noy 05, 2014 | 10:11 / ELMİ İCLASLAR

Bu gün İnstitutun Elmi Seminarı ilə Elmi Şurasının  birgə iclası keçirildi.

 İclasda BDU-nun əməkdaşı Aygün Azər qızı İsmayılovanın “Böyük Qafqazın cənub-şərq yamacı landşaftlarının antropogen təsirlər nəticəsində transformasiyası və onun ekolandşaft qiymətləndirilməsi”  mövzusunda məruzəsi dinlənildi.

Sonra institutun Paleocoğrafiya şöbəsinin sabiq aspirantı Mais Quliyevin  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırladığı “Eopleystosen və pleystosendə Kicik Qafqazın şimal-şərq yamacının paleoekologiyasl” mövzusunda  dissertasiya işinin adında redaktə xarakterli dəyişiklik edilməsi Elmi Şura tərəfindən qeyd edildi.  Eyni zamanda, c.e.d. B. Ələsgərovun  dünyasını dəyişməsi ilə əlaqədar olaraq institutun Geomorfologiya və təbii risklər şöbəsinin  b.e.i., c.e.d. Hüseyn Xəlilov  M. Quliyevin  elmi rəhbəri təyin edildi.