Coğrafiya İnstitutunun əməkdaşı “Scientific Reports” jurnalına təqdim olunan məqaləyə rəy verib Fev 06, 2026 | 10:02 / MÜHÜM HADİSƏLƏR

          AR ETN Coğrafiya İnstitutunun  Beynəlxalq əlaqələr sektorunun müdiri, c.ü.f.d. Elnur Səfərov Springer Nature nəşriyyatının yüksək reytinqli Scientific Reports jurnalına (Q1, IF 3.9, CiteScore 6.9) təqdim olunan elmi məqaləyə rəy vermişdir. Rəydə məqalənin elmi əhəmiyyəti, tədqiqat metodları və əldə olunan nəticələrin beynəlxalq elmi meyarlara uyğunluğu təhlil olunmuş, müvafiq tövsiyələr verilmişdir. Bu fəaliyyət institutun beynəlxalq elmi mühitdə əməkdaşlığının və tanınmasının genişlənməsinə xidmət edir.