Coğrafiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə, Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı əsasında əməkdar elm xadimi, iqlimşünas alim Ənvər Şıxlinskinin anadan olmasının 115 illik yubileyi münasibətilə təşkil olunan “Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” adlı Respublika Elmi Konfransı ölkənin turizm ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsi, regional inkişaf strategiyalarının təhlili və davamlı turizm modelinin formalaşdırılması məsələlərinə həsr olunur. Konfrans 23–24 aprel 2026-cı il tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcəkdir.
Konfransın əsas məqsədi Azərbaycanın iqtisadi rayonlarında turizm potensialının mövcud vəziyyətini elmi metodlarla təhlil etmək, problemləri müəyyənləşdirmək və təkmilləşdirmə istiqamətində praktik tövsiyələr hazırlamaqdır.
KONFRANSIN ELMİ BÖLMƏLƏRİ
II. İqlim dəyişmələri və atmosfer prosesləri
III. Torpaq ehtiyatları, aqrokimya və landşaft-ekoloji sistemlər
IV. Təbii resurslar, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf
V. Turizm potensialı və ərazi inkişaf strategiyaları
VI. İqtisadi coğrafiya, innovasiya və rəqabətqabiliyyətlilik
VII. Coğrafi informasiya sistemləri (CİS) və modelləşdirmə
VIII. Coğrafiya elminin tədrisi, elmi məktəblər və akademik irs
Qeyd: Məqalələr 15 aprel 2026-cı il tarixinə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq. Məqalələrinizi – mövzu yerinə ad və soyadınızı, bölməni yazıb [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Tel: +994 51 799 43 99 (Whatsapp)
MATERİALA OLAN TƏLƏBLƏR
Mətnin formatı: Microsoft Word (doc, docx)
Səhifənin formatı: А4
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см Çap: Times New Roman, ölçü (şrift) 12 Sətirarası interval: 1
Məqalənin həcmi: 4-7 səh.
Mətnin orijinallığı: ən azı 70%
MƏQALƏNİN TƏRTİBATI
Məqalənin içərisində mətnin yeri və quruluşu
Azərbaycan dilində:
İngilis dilində:
Format: Soyad, A. A. (İl). Kitabın adı. Nəşriyyat.
Nümunə: Əliyev, R. (2020). Təhsildə innovativ yanaşmalar. Bakı Nəşriyyatı.
✔ Kitabın adı kursiv yazılır
✔ Nəşriyyat şəhəri yazılmır (APA 7-də tələb olunmur)
Elmi Jurnal Məqaləsi
Format: Soyad, A. A. (İl). Məqalənin adı. Jurnalın adı, Cild (Nömrə), səhifələr. https://doi.org/xxxxx Nümunə: Məmmədov, T. (2021). İnklüziv təhsilin metodoloji əsasları. Azərbaycan Təhsil Jurnalı, 15(2), 45–60. https://doi.org/10.1234/abcd
✔ Jurnalın adı və cild nömrəsi kursiv yazılır
✔ Nömrə (issue) mötərizədə yazılır və kursiv deyil
✔ DOI varsa mütləq göstərilməlidir
Konfrans Materialı (Proceedings)
Format: Soyad, A. A. (İl). Məqalənin adı. In B. B. Redaktor (Ed.), Konfrans toplusunun adı (s. xx– xx). Nəşriyyat. DOI və ya URL
Əgər onlayndırsa: Soyad, A. A. (İl). Məqalənin adı. Konfransın adı. URL
Veb səhifə
Format: Təşkilat və ya Müəllif. (İl, Ay Gün). Başlıq. Saytın adı. URL
Nümunə: UNESCO. (2022, March 15). Education for sustainable development.
✔ “Retrieved from” yazılmır
✔ URL-dən sonra nöqtə qoyulmur
istinad formasında aşağıdakı kimi göstərilir:
Mətn daxilində istinad
APA 7-də istinad mətn daxilində müəllifin soyadı + nəşr ili formatında verilir.
✔ Bir müəllif: Parafraz: (Əliyev, 2020)
✔ İki müəllif: (Əliyev & Məmmədov, 2021)
✔ Üç və daha çox müəllif: İlk istinaddan etibarən: (Əliyev et al., 2022)
✔ Birbaşa sitat (səhifə nömrəsi ilə): (Əliyev, 2020, s. 45) və ya Əliyev (2020) yazır: “...” (s. 45).