26–28 mart 2026-cı il tarixlərində Coğrafia İnstitutunun Elmi katibi c.ü.f.d., dosent Səidə Zeynalova Xəzər dənizin sahillərində aparılan tədqiqat nəticəsində Gudyalçay çayının Xəzər dənizinə töküldüyü ərazidə, Niyazabad kəndi yaxınlığında (Şabran rayonu) və Giləzi–Dili burnu zonasında quşların kütləvi şəkildə tələf olması hadisəsi qeydə alınmışdır.
Sahil zonasında müşahidə olunan vəziyyət uzunmüddətli antropogen yük və ekoloji stressin açıq göstəricisidir. Ərazi faktiki olaraq məişət tullantıları ilə dolmuşdur: plastik materiallar, qablaşdırma qalıqları və digər antropogen residuallar sahil boyunca geniş ərazidə yayılaraq ekosistemin funksiyalarını pozmuş və biomüxtəlifliyə mənfi təsir göstərmişdir. Belə bir şəraitdə quşların kütləvi ölümü təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Hadisə uzunmüddətli antropogen təsirin birbaşa nəticəsidir. Quşlar təbii amillərdən deyil, insan fəaliyyəti nəticəsində yaranmış ekotoksikoloji stress və toksikoloji təsir səbəbindən məhv olmuşlar.
Sistemli antropogen çirklənmə su və sahil zonalarının neft məhsulları, kimyəvi maddələr və ağır metallarla çirklənməsi nəticəsində baş verir. Bu toksinlər qida zəncirlərinə daxil olaraq quşların fizioloji funksiyalarını pozur, onların immun sistemini zəiflədir və nəticədə kütləvi ölüm halları meydana çıxır.
Müzakirə olunanların əksinə olaraq, problem yalnız Xəzər dənizi səviyyəsinin dövri azalması ilə bağlı deyil. Əsas təhlükə — sistemli antropogen çirklənmədir və bu, biomüxtəlifliyə birbaşa mənfi təsir göstərir. Vəziyyəti daha da ağırlaşdıran amil sahildən təxminən 2 km məsafədə yerləşən iri məişət tullantıları poliqonudur; külək və yağıntıların təsiri ilə tullantılar sahilə və daha sonra dənizə daşınır.
Əlavə ekoloji təsir amillərinə miqrasiya dövründə qeyri-məqbul hidro-meteoroloji şərait daxildir ki, bu da quşların orqanizmlərinin tükənməsinə, enerji ehtiyatlarının azalmasına və stres səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.
Hesab edirik ki, Yaxın Şərq regionunda baş verən hərbi əməliyyatlarla əlaqədar hava məkanının destabilizasiyası və akustik yüklənmələrin quşların orientasiyasına və miqrasiya marşrutlarına təsir göstərə biləcəyi də nəzərə alınır. Bu faktorların qarşılıqlı təsiri sahil zonasında quşların kütləvi ölümünə səbəb olan yüksək ekoloji risk səviyyəsini formalaşdırır.