Elmi şura ilə elmi seminarın birgə iclası Noy 19, 2014 | 10:11 / ELMİ İCLASLAR

İnstitutun Elmi Seminarı ilə Elmi Şurasının  bu gün keçirilən birgə iclasında  Bakı Dövlət Universitetinin əməkdaşı Elnarə Qasımovanın Avtomobil yollarının inkişafı və ərazi təşkilinə təbii fəlakətlərin təsiri”  mövzusunda  məruzəsi dinlənildi.

   Sonra institutun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d. Nəriman Paşayevin   elmlər doktoru elmi dərəcəsi almaq üçün hazırladığı “Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri” mövzusunda  dissertasiya işinin elmi məsləhətçisi akademik B.Budaqovun dünyasını dəyişməsi ilə əlaqədar olaraq ona yeni elmi məsləhətçi təyin edilməsi məsələsi müzakirə edildi. Qərara alındı ki, doktoranta yeni elmi məsləhətçi akademik Ramiz Məmmədov təyin edilsin.

  Daha sonra Coğrafiya İnstitutu və  Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 25-də “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfrans haqqında seminar iştirakçılarına məlumat verildi.