AR ETN Coğrafiya İnstitutu PHŞ-nin əməkdaşları Abşeron yarımadasının torpaqlarının bərpa potensialını və səhralaşma prosesini tədqiq ediblər Apr 28, 2026 | 12:04 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutu PHŞ-in “Torpaqların rekultivasiyası“ laboratoriyasının əməkdaşları b.e.ü.f.d.,dos. Fidan Manafova, b.e.ü.f.d., dos. Nərgiz Həkimova, laboratoriya müdiri c.ü.f.d İsmayıl Quliyevin rəhbərliyi altında Abşeron yarımadasının Saray, Novxanı, Pirşağı, Qala, Türkan, Zirə və Hövsan yaşayış məntəqələrinin ətraf fərqli ekosistemlərində torpaq tədqiqatı işləri aparmışlar. Onlar təbii-coğrafi, antropogen proseslərin ətraf geosistemə o cümlədən torpaq örtüyünə təsirini səhralaşma konteksində tədqiq etmək üçün xarakterik torpaq kəsmləri qoyulmuş, onun ətraflı morfoloji təsviri aparılmış, analiz üçün torpaq nümunələri götürmüşlər. Eyni zamanda 2024-2025-ci illərdə aparılan müşahidələr 2026-cı ildə də davam etdirilmişdir. Abşeron yarımadasının antropogen təsirə zəif məruz qalmış əraziləri daha çox antropogen (texnogen) təsirə məruz qalmış əraziləri ilə bir sıra göstəricilər üzrə, o cümlədən yerüstü, yeraltı fitokütlə, layihə örtük, efemerlərin növ tərkibi, faydalı bitkilərin artım dinamikası əsasında müqayisə edilmişdir.

Abşeron yarımadasının yüksək aqronomik səviyyədə olan mədəni landşaftlarında torpağın fiziki-kimyəvi xassələrinin yaxşılaşması bu torpaqların bərpaolunma potensialının yüksək olmasından xəbər verir. Ərazidə mütərəqqi suvarma texnologiyası tətbiq etməklə səhralaşma prosesinin təsirini zəiflətmək mümkündür.