“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə “Zərif irsin işığında” adlı tədbir keçirilib.
Tədbirdə AR ETN Coğrafiya İnstitutu PHŞ-nin YAP ilk ərazi partiya təşkilatının sədr müavini Məhbubə Fətullayeva da iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək abidələri önünə əklil və gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Çıxışlarda qeyd olunub ki, Zərifə xanım Əliyevanın zəngin və mənalı həyat yolu, elmə və insanlara həsr etdiyi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Onun yorulmaz zəhməti və yüksək peşəkarlığı nəticəsində dövrünün aktual bir sıra mürəkkəb tibbi problemlərinin həllinə nail olunmuşdur.
Vurğulanıb ki, akademikin oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya tibb elmi üçün böyük əhəmiyyət kəsb edir. Zərifə xanım Əliyeva öz şəxsiyyətində Azərbaycan qadınına xas xeyirxahlıq, mərhəmət, sadəlik, zəhmətsevərlik və yüksək intellekt kimi ali keyfiyyətləri birləşdirən nadir şəxsiyyət kimi yadda qalmışdır.