BDU-da “Dayanıqlı inkişafın coğrafi problemləri” mövzusunda ustad dərsi May 01, 2026 | 10:05 / MÜHÜM HADİSƏLƏR

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin, Coğrafiya və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişafı coğrafi problemləri” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu PHŞ-nin direktoru vəzifəsini icra edən, c.e.d, dosent Zaur İmrani məruzə ilə çıxış edib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə qlobal miqyasda geniş tətbiqini tapmış BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) konsepsiyasının coğrafi baxımdan tədqiqinin əhəmiyyətini vurğulayıb.

Sonra məruzəçi Zaur İmrani müasir dövrdə dayanıqlı inkişaf modelinə olan beynəlxalq elmi baxışların fərqlilikləri barədə geniş məlumat verib. Bu modellər arasındakı nəzəri-konseptual və tətbiqi fərqliliklərə diqqət çəkilərək “davamlı artım” və “dayanıqlı inkişaf” anlayışlarının fərqlilikləri vurğulanıb. Dayanıqlı inkişafın əsas məqsədi onun iqtisadi, sosial və ekoloji komponentləri arasında qarşılıqlı balansın qorunması və mövcud imkanlardan səmərəli istifadə etməklə coğrafi təbəqənin gələcək nəsillər üçün qorunub saxlanılmasını təmin etməkdir. Məruzə zamanı dayanıqlı inkişafın əsas komponentlərinin ardıcıl dəyişməsi və iyerarxik asılılığı barədə təqdimat olunub. Z. İmrani dayanıqlı inkişaf üzrə milli prioritetlərə diqqət çəkərək bu istiqamətdə görülən işlər barədə məlumat verdi.

Professorlar Məqsəd Qocamanov, Nazim İmamverdiyev, Aydın İbrahimov, Çingiz İsmayılov, coğrafiya elmləri doktoru Şəkər Məmmədova, dosentlər Saleh Nağıyev, İradə Əliyeva, Nərminə Seyfullayeva, Sahilə Allahverdiyeva və başqaları tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.