AR ETN Coğrafiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib May 01, 2026 | 11:05 / ELMİ İCLASLAR

29 aprel tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclas institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə təşkil olunub.

İclasın əvvəlində gündəlikdə duran məsələlər barədə Elmi Şura üzvlərinə məlumat verilib. Gündəlik üzrə ilk olaraq “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev “Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər, nəticələr, proqnozlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və onun elmi-praktik əhəmiyyəti vurğulanıb. Eyni zamanda, tədqiqatın son illərin məlumatları ilə daha da zənginləşdirilməsinin məqsədəuyğun olduğu qeyd edilib.

Daha sonra “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyasının aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov “Coğrafi kartoqrafiyada xəritə fenomeni. Seçilmiş əsərlər” adlı kitabını Elmi Şura üzvlərinə təqdim edib. Müzakirələrdən sonra kitabın iki dildə nəşr olunması barədə yekdil qərar qəbul edilib.

İclasda həmçinin institutun doktorantı Lətif Nəbiyevin elmi rəhbərinin dəyişdirilməsi məsələsinə baxılıb. Doktorant müraciətində mövcud elmi rəhbərlə iş prosesində yaranan çətinlikləri əsas gətirərək dəyişiklik olunmasını xahiş edib. Məsələ müzakirə edildikdən sonra Elmi Şura tərəfindən elmi rəhbərin dəyişdirilməsi barədə qərar qəbul olunub.

Yekun qərara əsasən, Lətif Nəbiyevin elmi rəhbəri Coğrafiya İnstitutunun direktoru, dosent Zaur İmrani təyin edilib.