Mayın 5-də AR ETN Coğrafiya İnstitutu PHŞ-nin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Ziyarət zamanı institutun əməkdaşları Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, onun məzarı önünə gül dəstələri düzüblər. Fəxri xiyabanda Ümummilli Liderin əziz xatirəsi hörmət və ehtiram nümayiş etdirilərək, Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə anılıb.