AR ETN Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib.Seminar coğrafiya elmləri doktoru Nəriman Paşayevin sədrliyi ilə təşkil olunub. Tədbirdə institutun “Data və Analitika Ofisi” sektorunun müdiri Aslan Babaxanov “ГИС-анализ русловой динамики реки Кура в Агстафинском районе (с. Пойлу) для оценки риска речного перехода нефтепровода” mövzusu üzrə elmi məruzə ilə çıxış edib.
Seminar iştirakçıları təqdim olunan nəticələrə dair fikir mübadiləsi aparıb, tədqiqatın metodoloji aspektləri və tətbiq imkanları ilə bağlı suallar ünvanlayıblar. İnstitutun alimləri və doktorantları tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılıb, gələcək tədqiqat istiqamətləri ilə bağlı elmi tövsiyələr verilib.
Seminar ümumilikdə konstruktiv elmi müzakirə mühiti ilə yadda qalıb və təqdim olunan tədqiqatın praktiki əhəmiyyəti xüsusi vurğulanıb.