Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 mart 2026-cı il tarixli qərarı ilə AR ETN Coğrafiya İnstitutunun alimi Mirnuh İsmayılova “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə coğrafiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
AR ETN Coğrafiya İnstitutunun kollektivi Mirnuh İsmayılovu bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar nailiyyətlər arzulayır.