AR ETN Coğrafiya İnstitutu “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri, c.e.d. Səid Səfərov 14 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ərəfəsində təşkil olunmuş “Bakı şəhərsalma həftəsi” (“Baku Urban Week”) çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda BDU-nun tələbələri üçün təşkil olunmuş Yaz məktəbində ustad dərsi keçmişdir.
Dərsin mövzusu “Xəzər dənizinin külək rejimində baş verən dəyişikliklər və onların dəniz səviyyəsinə və Abşeron yarımadasındakı şəhərsalma dinamikasına mümkün təsirləri” olmuşdur. Dərsdən sonra Səid Səfərov müəllim və tələbələrin suallarını cavablandırmışdır.