Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda növbəti elmi seminar təşkil olunub. Elmi seminar coğrafiya elmləri doktoru Nəriman Paşayev sədrliyi ilə keçirilib. Tədbirdə institutun alim və mütəxəssisləri, doktorant və gənc tədqiqatçıları iştirak ediblər.
Seminarda İnmstitutun“Xəzər dənizinin coğrafiyası” laboratoriyasının kiçik elmi işçisi, doktorant Vüsalə Rəsulzadə “ “İqlim dəyişmələrinin Xəzər dənizinin Azərbaycan sektorunun sahil zonasının külək rejiminə təsiri” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzədə qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin sahilboyu ərazilərində müşahidə olunan külək rejiminə təsiri, bu dəyişikliklərin ekoloji və sosial-iqtisadi nəticələri, eləcə də gələcək risklərin qiymətləndirilməsi məsələlərinə toxunulub.
Təqdimatdan sonra institutun alimləri tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılıb, doktoranta müxtəlif elmi suallar ünvanlanıb və tədqiqatın daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilib.