AR ETN Coğrafiya İnstitutunun əməkdaşı 28 May - Müstəqillik Gününə həsr olunan tədbirdə iştirak edib May 26, 2026 | 03:05 / TƏDBİRLƏR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm və təhsil müəssisələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və fəal gənclər iştirak ediblər.Tədbirdə AR ETN Coğrafiya İnstitutunun YAP ilk ərazi partiya təşkilatının sədr müavini Məhbubə Fətullayeva də iştirak edib.

Əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.Çıxışlarda bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq, milli suverenlik və müstəqil dövlətçilik iradəsinin tarixi təcəssümü olub.

Qeyd olunub ki, 1990-cı illərin mürəkkəb və taleyüklü dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyaraq ölkəni ağır siyasi və sosial böhrandan xilas edib.