Elmi seminarla elmi şuranın birgə iclası Yan 28, 2015 | 10:01 / ELMİ İCLASLAR

İnstitutun Elmi Seminarı ilə Elmi Şurasının  yanvarın 28-də keçirilən növbəti  birgə iclasında  Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, BEA-nın professoru, fəlsəfə doktoru Əhməd Qəşəmoğlunun “Universal fəlsəfi paradiqma olan Ahəngyol elminin ekoloji problemlərin həllində tətbiqi” mövzusunda məruzəsi dinlənildi.

2006-2007-ci illərdə  məruzəçi tərəfindən təklif  edilən və ahəngə aparan yol mənasını verən  ahəngyol elmi dünyanın vəhdətdə olduğu həqiqətini qəbul edir, bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarlarını əsas tutaraq aparılmasını vacib sayır. İstənilən sahədə idarəetmənin ən mühüm meyarının harmoniya  (ahəng) olduğu fikrində olan müəllif, ahəng qanunlarının öyrənilməsində sistem nəzəriyyəsinə böyük üstünlük verir.  

Ə. Qəşəmoğlu əksər fəlsəfi kateqoriyalara və anlayışlara yenidən baxılmaqla yeni fəlsəfi pradiqmanın yaradılması üçün təkliflər vermişdir.