AR ETN Coğrafiya İnstitutunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib İyn 19, 2026 | 02:06 / ELMİ İCLASLAR

19  iyun 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunun  "Xəzər dənizinin coğrafiyası” laboratoriyasının kiçik elmi işçisi, doktorant Vüsalə Rəsulzadənin “Xəzər dənizinin Azərbaycan sektorunun  sahil zonasında külək və dalğa enerji potensialının tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Müzakirə zamanı iddiaçı tərəfindən aparılmış elmi tədqiqatın əsas nəticələri təqdim edilmiş, dissertasiya işinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Müzakirə iştirakçıları tərəfindən dissertasiya işinə dair rəy və təkliflər səsləndirilmiş, müəllif tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır.  Müzakirələrin yekununda tədqiqat işinin elmi səviyyəsinin qənaətbəxş olduğu vurğulanmış və dissertasiya işinin növbəti mərhələyə təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.

Yekun qərara əsasən, Vüsalə Rəsulzadənin “Xəzər dənizinin Azərbaycan sektorunun  sahil zonasında külək və dalğa enerji potensialının tədqiqi” mövzusunda dissertasiya işi müdafiəyə tövsiyə olunmuşdur.