AR ETN Coğrafiya İnstitutunda elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib İyl 01, 2026 | 02:07 / ELMİ İCLASLAR

25 iyun 2026-cı il tarixində AR ETN Coğrafiya İnstitutunda c.ü.f.d., dosent Səidə Zeynalovanın “Xəzər dənizinin qərb sahilləri arid-semiarid landşaft ekosistemlərinin formalaşması və inkişafının geodinamiki qanunauyğunluqları” mövzusunda hazırladığı doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib.

Müzakirə İnstitutun “Geomorfologiya və paleocoğrafiya” və “Landşaftşünaslıq və təbiətdən istifadə” laboratoriyalarının birgə iclasında baş tutub. Seminar zamanı iddiaçı tərəfindən aparılmış elmi tədqiqatın əsas nəticələri təqdim olunub, dissertasiya işinin aktuallığı, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə iştirak edən alim və mütəxəssislər tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, işlə bağlı rəy və təkliflər səsləndirilib.

Müzakirələr zamanı verilən suallar müəllif tərəfindən ətraflı cavablandırılıb. İştirakçılar dissertasiya işinin elmi səviyyəsini yüksək qiymətləndirərək, tədqiqatın  aktual elmi problemlərin həllinə töhfə verdiyini qeyd ediblər.

İlkin müzakirənin yekununda Səidə Zeynalovanın “Xəzər dənizinin qərb sahilləri arid-semiarid landşaft ekosistemlərinin formalaşması və inkişafının geodinamiki qanunauyğunluqları” mövzusunda Elmələr doktoru dissertasiyasının müdafiəyə təqdim olunması məqsədəuyğun hesab edilib və iş yekdilliklə müdafiəyə tövsiyə olunub.