Coğrafiya İnstitutunun əməkdaşları Beynəlxalq əlaqələrini genişləndirir İyl 14, 2026 | 01:07 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları 09-13 iyul 2026-cı il tarixlərində Almaniyanın Giessen şəhərində “Beynəlxalq sahəa işləri: məlumatlarının sintezi və təhlili” seminarında iştirak ediblər. Seminarın açılışında Coğrafiya İnstitutun  direktor vəzifəsini icra edən,c.e.d. Zaur İmrani və c.e.d. Andreas Ditmann çıxış edərək Almaniya, Nigeriya, Pakistan, İran, Azərbaycan və Gürcüstanın nümayəndə heyətinə, eləcə də alman tələbələrinə sahə tədqiqatlarının vacibliyi, tədqiqatlar zamanı əldə edilən məlumatların birgə təhlilinin aparılması, müasir metod və metodologiyaların tətbiqi, bu tədqiqatların dayanıqlı inkişafa və regional strategiyanın qurulmasına köməkliyi və s. barədə məlumat verdilər.

Daha sonra sahə tədqiqatlarının məqsədi və görülən işlər barədə c.e.d. Roozbeh Mirzaei, c.e.d. Saskia Thorbecke və c.e.d. Andre Staatmann, “Azərbaycanda coğrafiya elmi və təhsil” barədə c.e.d. Çingiz İsmayılov və Yeganə Kərimova, “Qafqaz şəbəkələri daxilində akademik əməkdaşlıq”la bağlı isə c.e.d. Nana Bolaşvili təqdimatla çıxış etdilər.

Seminarda c.ü.f.d. Bəyimxanım Hüseynova “İqlim və inkişafın kəsişməsində: Şimal-Qərbi Azərbaycanda turizm və seleksiya transformasiyaları: sahə əsaslı tədqiqatlar”, c.ü.f.d. Hicran Tahirova və doktorant Ayşən Məmmədova “İqlim dəyişikliyi kontekstində Naxçıvan Muxtar Respublikasında təbiət və sağlamlıq turizminin inkişaf perspektivləri”, c.e.d. Zaur İmrani və doktorant Abdulla Rzayev “2026-cı ildə Birgə sahə tədqiqatlarından hesabatlar: Bakı-Qax”, c.e.d. Zaur İmrani, doktorantlar Dilbər Məmmədova və Yusif Hidayətli “2026-cı ildə Birgə sahə tədqiqatlarından hesabatlar: Qax-Gəncə-Lənkəran”, c.ü.f.d. Elina Kərimova və c.ü.f.d. İrina Kuçinskaya “Azərbaycanın turizm və istirahət bölgələrində nəqliyyat infrastrukturunun dayanıqlığına leysan yağışlarının təsiri”, c.ü.f.d. Camal Hüseynov və c.ü.f.d. Turanə Hüseynova “İqlim dəyişikliyinin Azərbaycanda şaxta rejiminə təsiri”, c.ü.f.d. Səidə Zeynalova və c.e.d. Sevil Quliyeva “Xəzər dənizinin Azərbaycan sektorunda sahil zonasının transformasiyası: yeni yaranmış torpaq sahələrinin rekreksiya potensialı”, c.ü.f.d. Elnur Səfərov və laborant Şəms İmrani “İqlim dəyişikliyindən turizm riskinə: Xəzər dənizi hövzəsində ətraf mühitin transformasiyası”, c.ü.f.d. İrina Kuçinskaya və doktorant Sevinc Burzuyeva “Böyük Bakının iqlim-rekreasiya potensialının Turizm İqlim İndeksi (Tİİ) və CİS texnikasına əsaslanaraq qiymətləndirilməsi”, tələbələr Niklas Hegemann, Adrian Müth və Tabea Zöllner “Gissendən olan coğrafiya tələbələrinin birgə ekskursiya və çöl işindən təəssüratları” adlı məruzələrlə çıxış etmişlər. Sonda birgə İşçi qrupunun müzakirə və toplanış nəticələri, eləcə də gələcək birgə tədqiqatlar və nəşrlər üçün ideyalar müzakirə edilmişdir.

Seminarın son günü “Westerwald-Lahn-Taunus GeoParkına ekskursiya: Fortuna mədəni”nə səfər təşkil olunmuşdur. Westerwald-Lahn-Taunus geoparkı 2012-ci ildə Almaniyanın Milli Geoparkı statusunu almışdır. Geopark geoloji irsin qorunması, elmi tədqiqatlar, ekoloji maarifləndirmə və geoturizmin inkişafı istiqamətində fəaliyyət göstərir. Səfər iştirakçılarına geoloji irsin qorunması, geoturizmin inkişafı, geoloji təhsil proqramlarının təşkili, yerli icmaların davamlı regional inkişafa dəstək proqramları ilə tanış olmuşlar.