Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) beynəlxalq elmi əməkdaşlıqlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində ÇOMÜ İnsan və Cəmiyyət Elmləri fakültəsinin Coğrafiya fakültəsinin professorları Prof. Dr. Vedat Çalışkan, Prof. Dr. Selver Özözen Kahraman və dosent Dr. Faize Sarış Azərbaycan Coğrafiya İnstitutunun beynəlxalq üzvləri seçiliblər.
Bu üzvlük iki qurum arasında coğrafiya elmləri sahəsində Elmi əməkdaşlığın gücləndirilməsi, birgə elmi tədqiqatların aparılması, beynəlxalq layihələrin hazırlanması və elmi bilik mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.
ÇOMÜ-nün rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu bu üzvlüyün Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinin elmi sahədəki təzahürlərindən biri olduğunu bildirib.
Rektor qeyd edib: “Akademiklərimizin beynəlxalq səviyyədə üzərinə götürdükləri bu mühüm vəzifə universitetimizin elmi potensialının və beynəlxalq görünürlüğünün gücləndirilməsinə töhfə verəcək. Türkiyə ilə Azərbaycan arasındakı elmi əməkdaşlığın daha da inkişaf edəcəyinə inanır, professorlarımızı təbrik edirəm”.
AR ETN Coğrafiya İnstitutunun direktoru c.e.d , dosent Zaur İmrani isə ÇOMÜ-nün akademik heyətinin İnstitutun beynəlxalq üzvləri sırasına qoşulmasından məmnunluğunu ifadə edib. O, bu əməkdaşlığın birgə elmi tədqiqatların inkişafına və iki qardaş ölkə arasında Elmi əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
ÇOMÜ-nün müəllim heyətinin Coğrafiya İnstitutu çərçivəsində həyata keçirəcəyi fəaliyyətlərin coğrafiya sahəsində birgə tədqiqatların genişləndirilməsinə, beynəlxalq elmi nəşrlərin hazırlanmasına və iki ölkə arasında davamlı elmi əməkdaşlığın inkişafına töhfə verməsi nəzərdə tutulur.
Çanakkale Onsekiz Mart Universiteti beynəlxalq akademik əməkdaşlıqların gücləndirilməsi, elmi bilik istehsalının dəstəklənməsi və Türk dünyası ilə birgə tədqiqat mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.