AR ETN Coğrafiya İnstitutunun alimləri Gəncə–Daşkəsən iqtisadi rayonunda əhali və məskunlaşma xüsusiyyətlərini araşdırıblar Sen 15, 2026 | 02:09 / MÜHÜM HADİSƏLƏR

AR ETN Coğrafiya İnstitutu  Əhali coğrafiyası və toponimika laboratoriyasının əməkdaşları c.ü.f.d., dosent Etibar Bədəlov və c.ü.f.d. Sima Əliyeva sentyabrın 7-11 tarixlərində Gəncə-Daşkəsən İR ekspedisiyada iştirak etmişlər.

Ekspedisiya Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə etmiş, onlarda şəhər və kənd məskunlaşmasının lokal xüsusiyyətləri və formaları üzrə baş verən meyillərin müəyyən edilməsi əsas məqsəd kimi tədqiq edilmişdir. Həmçinin əhalinin daimi və mövçud yaşam tərzi ilə tanışlıq, əhalinin demoqrafik və məşğulluq problemləri sosial-iqtisadi baxımdan tədqiq edilməsi istiqamətində tədqiqat aparılmışdır.

Ekspedisiya çərçivəsində yaşayış məntəqələrinin ərazi üzrə yerləşməsi, əhalinin sıxlığı, məskunlaşma formaları araşdırılmış, əhalinin miqrasiya meyilləri, xüsusilə kəndlərdən rayon mərkəzlərinə və iri şəhərlərə miqrasiya prosesləri təhlil edilmişdir. Əhalinin məşğulluq strukturu, əsas gəlir mənbələri, kənd təsərrüfatı və digər təsərrüfat sahələrinin əhalinin həyatında rolu müəyyənləşdirilmişdir.