AR ETN Coğrafiya İnstitutunda doktorant və dissertantların növbəti attestasiyası keçirilib Okt 05, 2026 | 11:10 / ELMİ İCLASLAR

AR ETN Coğrafiya İnstitutunda doktorant və dissertantların növbəti attestasiyası keçirilib. Attestasiyada elmlər doktoru hazırlığı üzrə 8 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 29 doktorant və 2 dissertant iştirak edib.

Attestasiya zamanı doktorant və dissertantlar son bir il ərzində apardıqları elmi-tədqiqat işləri, əldə etdikləri nəticələr və növbəti mərhələdə qarşıya qoyulan elmi vəzifələr barədə hesabat təqdim ediblər.

Attestasiya komissiyası doktorant və dissertantların hesabatlarını dinləyərək onların elmi fəaliyyətini müvafiq meyarlar əsasında qiymətləndirib.

Qiymətləndirmənin nəticələrinə əsasən, elmlər doktoru hazırlığı üzrə 2 dissertant attestasiya tələblərinə cavab vermədiyi üçün, fəlsəfə doktoru hazırlığı üzrə 1 dissertant isə öz xahişi ilə dissertantlar sırasından xaric edilib.