5 oktyabr 2026-cı il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və “Clarivate” şirkətinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə elmi informasiya resurslarından səmərəli istifadəyə həsr olunmuş təlim keçirilib.
İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun əməkdaşları da iştirak ediblər.
Təlim zamanı iştirakçılara Azərbaycan elmi ictimaiyyətinin istifadəsinə təqdim olunan “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazasının imkanları barədə məlumat verilib, həmin resurslardan elmi-tədqiqat fəaliyyətində səmərəli istifadə üsulları nümayiş etdirilib.
Tədbirdə həmçinin elmi tədqiqatların informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi resurslardan effektiv istifadə və elmi nəticələrin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması məsələləri diqqət mərkəzində olub.